İş haqqında məlumat
Təhsil layihəmizə şagirdləri tədris prosesinin bütün mərhələlərində müşayiət edəcək məsuliyyətli və diqqətli koordinator tələb olunur. Sizin əsas vəzifəniz — tapşırıqların yerinə yetirilməsini izləmək və kursun tədris qrafikinə riayət olunmasını təmin etməkdir.
Platformamız müasir texnologiyalar əsasında qurulub: bütün nəzəri materiallar yüksək keyfiyyətli videodərslər şəklində təqdim olunur. Bu yanaşma sayəsində şagirdlər mövzuları canlı dərslərə ehtiyac olmadan rahatlıqla mənimsəyə bilirlər.
Koordinatorun rolu — dəstək və nəzarətdir. Nadir hallarda, əgər şagird videodərsləri izləməsinə baxmayaraq mövzunu tam başa düşmürsə, siz ona fərdi şəkildə izah edərək kömək edəcəksiniz. Bu yanaşma hər bir uşağa məhz ehtiyac duyduğu anda maksimum diqqət ayırmağa imkan verir.
Tələblər
Riyaziyyat fənninin məktəb proqramını yüksək səviyyədə bilən ali təhsil müəssisəsinin 3–4-cü kurs tələbəsi, magistr tələbəsi və ya yeni məzun olmuş şəxs;
•Azərbaycan və rus dillərini şifahi və yazılı formada sərbəst bilmək;
•Tədris materiallarını sadə, aydın və praktik nümunələr əsasında izah etmək bacarığı;
•Yüksək ünsiyyət qabiliyyəti, məsuliyyətlilik, peşəkar inkişaf meyilliliyi və uşaqlarla işləyərkən emosional sabitlik;
•Əsas şərt — həftədə 6 gün saat 09:00- 18:00 və ya 16:00- 23:00-a qədər ofisdən işləmək imkanı
Vakansiyaya uyğun namizədlər CV-lərini bu poçt ünvanına: [email protected]
Və ya mobil nömrəyə göndərə bilərlər: 077 325 10 81