Bakı,
Azərbaycan
28.10.2025 03:13
-
28.11.2025 12:00
İş haqqında məlumat
- SƏTƏMM şöbəsinə aid olan icra fəaliyyətinin planlanması və komanda heyətinin idarəedilməsi;
- Şirkət daxilində Sağlamlıq və Əməyin Təhlükəsizliyi Sisteminin qurulmasından irəli gələn işlərin icrası;
- SƏTƏMM üzrə aylıq, rüblük, illik fəaliyyət üzrə icra planlarının işlənib hazırlanması və həyata keçirilməsi;
- SƏTƏMM üzrə illik məqsədlərin və hədəflərin qoyulması və həyata keçirilməsi;
- Fövqəladə hallar üzrə fəaliyyət planlarının işlənib hazırlanması;
- Tullantıların idarə olunması üzrə fəaliyyət planlarının hazırlanması və həyata keçirilməsi;
SƏTƏMM üzrə zəruri prosedur və təlimatların işlənib hazırlanması və tətbiqinə nəzarət; - SƏTƏMM üzrə təlimlərin təşkili və həyata keçirilməsi;
- SƏTƏMM fəaliyyəti üzrə qanunvericiliyin tələblərinin iş yer(lər)ində təmin edilməsi;
- SƏTƏMM üzrə auditlərin və sahə nəzarəti işlərinin təşkili və həyata keçirilməsi;
- 3-cü tərəflərin SƏTƏMM fəaliyyəti üzrə işlərinin təşkili və icrasına nəzarət;
- SƏTƏMM üzrə düzəldici və ya qabaqlayıcı tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsinə nəzarət;
- Xəsarətlər və hadisələr zamanı onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi;
- SƏTƏMM üzrə həyata keçirilən tədbirlərin effektivliyinin qiymətləndirilməsi;
- Risklərin qiymətləndirilməsi ilə bağlı işlərin həyata keçirilməsi;
- Yanğın təhlükəsizliyi sistemlərinə, alət və avadanlıqların yoxlanışların keçirilməsinə nəzarət;
- Şirkət daxili yanğın təhlükəsizliyi təlimlərinin təşkili;
- Sağlamlıq və Təhlükəsizlik üzrə şirkət daxili qaydaların tərtib edilməsi və daxili siyasətin inkişaf etdirilməsi.
Nə təklif edirik?
- Bazar rəqabətinə uyğun əmək haqqı;
- Könüllü tibbi siğorta (ailə paketi);
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- Peşəkar komanda ilə işləmək fürsəti;
- İşçinin inkişafı üçün təlim, tədris proqramları.
İş şəraiti:
- İş rejimi: 5 günlük
- İş yeri: Bakı şəhər (Ezamiyyətlərə və sahə şəraitində işləməyə hazır olmaq);
Xahiş edirik CV-lərinizi mövzu bölməsində “SƏTƏMM üzrə qrup rəhbəri” qeyd etməklə Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərəsiniz.
Tələblər
- Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi;
- Ali Təhsil;
- Ofis proqramları üzrə işləmə təcrübəsi;
- İngilis və Rus dillərində danışıq qabiliyyəti.
- Mükəmməl ünsiyyət və komanda idarəetmə bacarığı;
- Problemləri həll etmə, analitik düşünmə və təşkilatçılıq bacarıqları;
- Sahə üzrə hüquqi və texniki məlumatları araşdırmaq və onlardan istifadə etmək bacarığı.